Direktorlar Şurasının səsi və “Traktor” Klubunun sahibi Məhəmməd Rza Zunuzi Mütləqin verdiyi fərmanla Seyyid Höccət Kərimi “Traktor” Klubunun yeni baş direktoru təyin edilib.
Kərimi İranın ən təcrübəli idman menecerlərindən biri hesab olunur və hazırda Futbol Federasiyasının eksperti və Direktorlar Şurasının üzvü kimi çalışır.
Tehranın “İstiqlal” Klubunun baş direktoru və Direktorlar Şurasının sədriliyi təcrübəsi olan Kərimi, idman və iqtisadi idarəetmə sahəsində də uzun illər fəaliyyət göstərib.