Urmiya gölü su hövzəsində yeni bənd inşa edilir- Ekoloqlar xəbərdarlıq etdi

by Samir Asadli

Qərbi Azərbaycan əyalətinin Urmiya gölü su hövzəsində yeni su anbarının inşa olunması yenidən gündəmə gəlib.

Bu haqda yerli media məlumat yayıb.

Məlumata görə, Urmiya gölünün əsas su təminatçılarından olan Baranduz çayı üzərində yeni bəndin inşası barədə məsələni Urmiya şəhərinin İran parlamentindəki nümayəndəsi Seyyid Salman Zakir qaldırıb.

O, bunun bölgədə əkinçilik üçün vacib olduğunu və inşa işlərinin təcili başladılmasını tələb edib.

Ətraf mühit fəalları və mütəxəssislər isə yeni bəndin inşa ediləcəyi təqdirdə Urmiya gölünün dahada acınacaqlı vəziyyətə düşəcəyini, bərpasının mümkün olmayacağını bildiriblər.

Mütəxəssislər hesab edirlər ki, Baranduzçay isti mövsümdə gölə tökülən həyati əhəmiyyətli və axarlı çaylardan biridir və üzərində bəndin tikilməsi gölün bərpa prosesinə ölümcül zərbə vuracaq.

Şərqi Azərbaycan əyalətinin Kənd Təsərrüfatı və Təbii Sərvətlərin Tədqiqat və Təlim Mərkəzinin rəhbəri, tanınmış ekoloq Əhməd Bayburdi də məsələ ilə paylaşım edib:

“Urmiya gölü ətrafında yeni bəndlərin inşasını müdafiə edənlər gölün məhv olmasına görə məsuliyyət daşıyırlar. Acı həqiqət bundan ibarətir ki, gölə axan çaylar üzərində bəndlərin qurulması ekoloji problemin dərinləşməsinə birbaşa təsir göstərib”.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK