Zəncan əyalətinin Tarım bölgəsində 21 min hektar ərazini əhatə edən zeytun bağları susuzluq səbəbindən məhv olmaq üzrədir.
Əyalətin Kənd Təsərrüfatı İdarəsinin başçısı Əkbər Kəraməti hər il bağlardan 25 min ton zeytun əldə edildiyini bildirib:
“Bu məhsula görə Tarım ölkə üzrə birinci yeri tutur”.
O, həmin məhsulun başqa əyalətlərlə yanaşı xarici ölkələrə də ixrac edildiyini və bölgə əhalisinin iqtisadi həyatında əhəmiyyətli rol oynadığını deyib.
Zəncan Zeytun Birliyinin başçısı Mehdi Abbasi də “Mehr”ə verdiyi açıqlamada su probleminin ciddi olduğunu və davamlı suvarma sisteminin qurlmadığı təqdirdə zeytun bağlarının quruyacağı barədə xəbərdarlıq edib.