Mülki fəal və Təbriz Universitetinin material mühəndisliyi tələbəsi Əmir Bədri sosial mediadakı paylaşımlarına görə rejimə qarşı təbliğat aparmaq ittihamı ilə 30 milyon rial cərimə ödəməyə məhkum edilib.
Bundan əvvəl, İnformasiya Nazirliyinin agentləri Əmir Bədrinin atasının evinə basqın edərək onun şəxsi əşyalarını, o cümlədən mobil telefonunu müsadirə ediblər.