Sakinlərdən biri Vərziğanda yerləşən Əndirgan qızıl mədənindən külli miqdarda tullantıların tökülməsi barədə video yayımlayıb. Tərkibində təhlükəli maddələr olan bu materiallar Azərbaycanın ətraf mühiti, səth suları, yeraltı su ehtiyatları üçün ciddi təhlükə yaradır.
Mədənin ehtiyatı 30 milyon ton qızıl filizidir, illərdir bu mədən ruslar və farslar tərəfindən talan edilir.
Daha əvvəl Vərziğan təmsilçisi Allahvərdi Dehqani Azərbaycandakı Əndəriyan qızıl mədəninin 20 ildir ruslara verilməsini tənqid edərək demişdi: “Rusiya tərəfinin bu mədəndən nə qədər qiymətli metal və dollar istismar edəcəyi bəlli deyil. İnsanlar bu mədənin torpağından ən sadə texnologiyalarla qızıl çıxara bilirlərsə, o zaman mədən niyə başqalarına verilməlidir?!”
2011-ci ildən Vərziğan şəhərinin Xərvanə rayonunda fəaliyyət göstərən bu mədən dəfələrlə ətraf mühitin çirklənməsinə və dağılmasına səbəb olmuş, sianid məhlulu sızdıraraq rayon torpaqlarının çirkləndirmiş, rayonun əkinçilik, heyvandarlıq və arıçılıq sahələrini məhv etmişdir.