Şərqi Azərbaycanın təbiət abidəsi yenidən canlandı

by Samir Asadli

Təbriz yaxınlığında yerləşən və Şərqi Azərbaycan əyalətinin təbiət abidələrindən biri sayılan Qurugöldə su miqdarı artıb.

Bu barədə Bostanabad rayonunun (Ocan) Ətraf Mühitin Mühafizəsi İdarəsinin direktoru Şahrox Sadiqpur bildirib.

Onun sözlərinə görə, cari yağıntı mövsümündə göldə suyun səviyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 27 santimetr qalxıb və bu, təbiət abidəsinin yenidən canlanması barədə ümidləri artırıb.

Ekoloqlar, hökumətin bərpa işləri aparmamasına baxmayaraq, gölün canlanmasının əsas səbəbinin son həftələr intensiv yağan yağışlarla bağlı olduğunu bildiriblər.

Qeyd edək ki, Təbrizin 40 kilometr cənub şərqində yerləşən və 16 kvadrat kilometr sahəsi olan Qurugöl, İranda beynəlxalq qeydiyyatdan keçmiş və dünya səviyyəsində təbiət abidəsi kimi siyahıya alınmış 26 göldən biridir.

200 hektar sahəsi olan göl 260 adda müxtəlif bitki növünə malik olmaqla yanaşı, çox sayda yerli və köçəri quş növlərinin sığınacaq yeridir.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK