Mürtəza Pərvin “Azadlıq” adlı rəsm əsəri ərsəyə gətirib

by Samir Asadli

Tehranın Evin həbsxanasında saxlanılan azərbaycanlı sənətçi Mürtəza Pərvin həbsxananın 7-ci bölməsində “Azadlıq” adlı əsər təqdim edib.

Təsviri incəsənət sahəsində fəaliyyət göstərən və siyasi məhbus olan sənətçi, həbs olunmazdan əvvəl də bir sıra sərgilər təşkil etmişdi. Bu dəfə isə o, məhdud şəraitdə və digər məhbusların iştirakı ilə təxminən 1×1 metr ölçüdə parça üzərində xəttatlıq üslubunda bir əsər yaradıb.

Əsərdə “Ah azadlıq, nə qədər təminatsızsan!” ifadəsi yer alıb.

Bu əsər bölmədə olanlar tərəfindən alqışla qarşılanıb. Mürtəza Pərvin çıxışının sonunda bu əsəri İrandakı mübariz qadınlara həsr etdiyini bildirib və xüsusilə hüquqşünas və insan haqları fəalı Nəsrin Sotudənin adını çəkib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK