Ərdəbildə etirazçı sahibkarlara qarşı təzyiq göstərilir- Mağazalar bağlandı

by Samir Asadli

Hökumətin vergi siyasətinə etiraz əlaməti olaraq tətil aksiyası keçirən Ərdəbil bazarının qızıl alverçilərinin mağazaları bağlanıb.

Qızıl alverçilərinin sözlərinə görə, təhlükəsizlik idarələri tətili dayandırmaq üçün onlara təzyiq göstərib, bundan imtina etdiklərinə görə mayın 13-də çox sayda qızıl mağazasının fəaliyyətinə qadağa qoyulub.

Bundan sonra Ərdəbil bazarında fəaliyyət göstərən başqa sahibkarlar qızıl alverçilərinə dəstək məqsədilə mağazalarını bağlayacaqları barədə hökumət məmurlarına xəbərdarlıq ediblər.

Qeyd edək ki, mayın 1-dən Təbrizin qızıl bazarında başlayan tətil hakimiyyət və parlamentin qızl alverçilərindən daha çox vergi almaq cəhdinə etiraz olaraq başlayıb

Təbrizli qızıl alverçilərinin tətilindən sonra Urmiya, Ərdəbil, Tehran, Yəzd, İsfahan, Məşhəd, Zəncan və başqa bir neçə şəhərdfə də qızıl mağazaları tətil elan edib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK