Dünyada əl ilə hazırlanmış ən iri xalça kimi Təbrizdə toxunulmuş xalça Dubayda keçirilən sərgidə təqdim olunub.
Bu möhtəşəm xalça Dubay şəhərində keçirilən Demotkes Sərgisində Əzimzadə Xalça Müəssisəsi tərəfidən baxışa qoyulub.
Bu incəsənət əsəri 230 nəfər ən bacarıqlı xalça toxuyan tərəfindən 8 il ərzində toxunulub. Əsər xalça toxuma incəsənəti üzrə dəqiqlik və bacarıq simvolu hesab olunur.
Xatırladaq ki, Demotkes Sərgisi 13 il intervaldan sonra 23–25 aprel tarixlərində 3 gün Dubayın Beynəlxalq Ticarət Mərkəzində keçirilib.
Xalça Güney Azərbaycanın xalçaçılıq gücünə dəlalət etməklə yanaşı əl-toxunuşlu formatında incəsənətin və məzmunca tarixin idafəsidir.