Dekabrın 19-da Ərdəbil əyalətinin mərkəzi və başqa bir neçə şəhərdə məktəblər tətil edib.
Bildirilib ki, temperaturun kəsik aşağı düşməsi və güclü qar yağmasına görə, Ərdəbil, Səreyin, Nir, Nəmin, Hir, Xalxal şəhərləri və ətraf kəmdlərində məktəblər bağlanıb.
Bununla yanaşı Xiyav, Arşaq və Lahrud şəhərlərində bir sıra təhsil müəssisələri tətil edib, orta məktəblərdə dərslərin gecikmə ilə başlayacağı bildirilib.