Ərdəbil şəhərinin Azərbaycan milli hərəkatı aktivistləri məhbus rəssam Mürtəza Pərvinin azad olunması tələbi ilə onun poster və qrafit şəkillərini şəhərin küçələrində həkk ediblər.
Həmçinin digər məhbus güneyli aktivistlərə dəstək mqəsədi ilə “Azərbaycan milli hərəkatı aktivistlərinə azadlıq” və “həbsxana barmaqlıqları bizi ayıra bilməz” və sair şüarlar şəhərin divarlarında yazılıb.
Xatırladaq ki, güneyli rəssam və aktivist Mürtəza Pərvin qanunsuz saxlanıldığına, müstəntiqlərin və məmurların təzyiqlərinə etiraz olaraq 5 gündür ki, aclıq aksiyasına başlyıb.