21 fevral Beynəlxalq Ana Dili Günü münasibətilə Güney Azərbaycan Zəncan və Ərdəbil şəhərlərində məktəblilərə Azərbaycan dilində əksəriyyəti nağıllar olmaqla çeşidli kitablar paylanılıb.
Xatırladaq ki, BMT Təhsil, Elm və Mədəniyyəti Qurumu (UNESCO) 21 fevral tarixini Beynəlxalq Ana Dili Günü elan edib.
Bu təşəbbüs UNESKO-nun 2000-ci ildə keçirilmiş ümumi yığıncağında qərara alınıb.
Bunda məqsəd isə dünya üzrə dil və mədəniyyət çeşidliyinin qorunması və inkişaf etdirilməsi olub.
Prinsip olaraq dünyada bütün dillər və mədəniyyətlər bəşəriyyətin sərvəti hesab olunur.
Təşkilat bu prinsiplə dünya dövlətlərini bütün ana dillərinin eyni səviyyədə qorunması və müxtəlif sahələrdə, o cülmlədən təhsildə təmin olunmasına çağırır.