5 aydır ki “Alaz” adına doğum haqqında şəhadətnamə verilmir

by Samir Asadli

Məhkəmənin qərarına baxmayaraq, 5 aydır ki, Culfa Şəhər Vətəndaşlıq Qeydiyyatı Şöbəsi “Alaz” adlı uşağa doğum haqqında şəhadətnamə verməkdən imtina edir.

Bununla bağlı uşağın babası Qulu Əbdilzadə Balamın Adı kampaniyasına danışıb.

“Mənim nəvəm 2025-ci ilin 17 aprilində anadan olub və valideynləri onun üçün türkcə “atəş alovu” mənasını verən “Alaz” adını seçiblər. Ancaq Culfa Vətəndaş Qeydiyyatı rəsmiləri bu adın sistemdə olmadığını iddia edərək ada doğum haqqında şəhadətnamə verməkdən imtina ediblər. Biz idarənin qərarından məhkəməyə şikayət verdikdən sonra, Mayın 21-da Culfa Baş Məhkəməsinin 2-ci şöbəsi yeni doğulan körpəmizə Alaz adlı doğum haqqında şəhadətnamənin verilməsinə icazə verib. Ancaq Culfa  Şəhər Vətəndaşlıq Qeydiyyatı idarəsinin rəsmiləri doğum haqqında şəhadətnamə vermək əvəzinə məhkəmənin qərarına etiraz ediblər və iş Təbriz Apellyasiya Məhkəməsinə gedib. Apellyasiya Məhkəməsi işə baxmayaraq onu yenidən Culfa Baş Məhkəməsinə yönəldib.” – Qulu Əbdilzadə bildirib.

Qeyd edək ki, bu ilin iyun ayında Təbrizdə Fərhad Nəcəfi bir illik hüquqi mübarizədən sonra oğluna eyni adlı doğum haqqında şəhadətnamə ala bilmişdi.

Qeyd edək ki, İranda doğum haqqında şəhadətnaməsi olmayan uşaqlar bir sıra imtiyazlardan, süd tozu payından, pulsuz peyvənddən yararlana bilmirlər. Bundan başqa, xəstəxanalar kimlik sənədi olmayan uşaqları qəbul etməkdən imtina edirlər. Beləliklə, İranda əhalinin mövcud ağır sosial durumu səbəbindən bir çox ailələr tez bir zamanda doğum haqqında şəhadətnamə ala bilmək üçün türkcə olmayan adlar seçməyə məcbur olurlar.

 

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK