İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Güney Azərbaycanın müxtəlif bölgələrində olan milli fəallara qarşı təhdid zəngləri ediblər.
Fəallar bundan öncəki çağırışları qanunsuz adlandırıb. Rəsmi çağırış arayışı tələb edərək idarələrə getməkdən imtina etmişdilər.
Son iki gündə isə Tohid Əmirəmini, Yusif Kari, Fərşid Piçqanlı, Mehrdad Şeyxi və başqalarına zəng vuraraq təhdid ediblər.
Təhlükəsizlik əməkdaşları bildiriblər ki, onlar idarələrə gəlməsələr, barələrində ölçü götürüləcək.
Milli fəallara deyilib ki, fəaliyyətlərini davam etdirəcəkləri təqdirdə məmurlar onlara qarşı sərt tədbirlər görəcək və sözügedən idarə bu şəxslər qarşısında heç bir məsuliyyət daşımayacaq.