7 Milli fəalın məhkəmə işi bağlandı

by Samir Asadli

Bundan əvvəl avqustun 2-də Kəleybər bölgəsinin Babək qalasından qayıdan zaman saxlanılan 7 milli fəal barəsində açılan məhkəmə işinə xitam verilib.

Bu barədə yerli insan haqları falları məlumat yayıb.

Məlumata görə, Əli Lisani, Mehdi Lisani, Meysəm Colani, Behzad Dəşti, Rza Vasiqi, Pejman Səlimi və Yusif Süleymanniya barədəki işə Kəleybərin İnqilab Baş Prokurorluğunun 1-ci istintaq şöbəsi xitam verib.

Qeyd edək ki, adı çəkilən fəallar avqustun 2-də Babək qalasından qayıdan zaman həbs ediliblər, onlara məxsus şəxsi əşyalar, o cümlədə mobil telefonlar müsadirə olunub.

Meysəm Colani, Rza Vasiqi, Behzad Dəşti və Pejman Səlimi bir gün sonra Kəleybər polis bölməsindən, Əli Lisani və Mehdi Lisani isə Əhər şəhərinə köçürüldükdən sonra sərbəst buraxılıblar.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK