Güney Azərbaycan milli hərəkatının liderlərindən olan Abbas Lisani martın 1-də İranda keçiriləcək İslami Şura Məclisinə deputat seçkiləri barədə bəyanat yayıb.
Milli fəal bəyanatında Güney Azərbaycanın Qərbi Azərbaycan Əyaləti istisna olmaqla digər əyalət və şəhərlərini seçkilərdə iştirak etməməyə çağırıb.
“Qarşımızda demokratik bir hakimiyyət olmadığına görə haqlı olaraq əksəriyyətin qərar seçkilərdə iştirak etməməkdir.
Belə ki, bu rejimdə söz, toplaşma, partiya qurmaq, media azadlığı, həmçinin xalqların və sair hüquqların təmin olunmasından söz gedə bilməz”- deyə Abbas Lisani qeyd edib.
O, həmçinin ötən bir neçə ildə sivil insanların küçələrdə aksiya keçirdikləri zamanı İran rejimi tərəfindən qanları töküldüyünü, həbs, edam olunduqlarını və bununla da hakimiyyətin legitimliyini itirdiyini vurğulayıb.
“Biz bu səbəblərə görə seçkilərin Azəbaycanda baykot edilməsinin tərəfindəyik. Lakin fars şovinizminin hakim olduğu ölkədə anti-türk siyasətləri yürüdən rejim Qərbi Azərbaycanda etnik tərkibi türklərin əleyhinə dəyişmə məqsədi ilə xeyli vaxtdır on minlərlə kürdü bölgəyə köçürüb Azərbaycanın əzəli və əbədi şəhər və bölgələrində yerləşdirib.” aktivist deyib.
Cənab Lisani əyalətdə həmin köçkünlər tərəfindən kökənli azərbaycanlıların qonaqpərvərliklərinə nankorluq edrək hal hazırda bölgədə torpaq iddiaları qaldırdıqlarını və hakimiyyətin dəstəyi ilə Əyalət üzrə yüksək vəzifələrə keçdiklərini vurğulayıb.
O, kürdlərin Qərbi Azərbaycan bölgəsində İslami Şura Məclisinə seçkilərdə deputatlığa namzədlər irəli sürdüklərini nəzərə alaraq Azərbaycan türklərinin də öz namzədlərinə səs vermək üçün seçkilərdə itşirak etmələri vacibliyini deyib.
Güney Azərbaycanın hüquqarı üzrə tanınmş aktivist cənab Lisani belə bir durumda Qərbi Azərbaycan Əyalətinə özgə xalqın göz tiktidiyini və bölgənin kürdlərə məxsus olduğu iddialarını pozmaq məqsədi ilə güney azərbaycanlıları əyaltədə öz Azərbaycan türükü olan namzədlərinin uğur qazanması üçün seçikilərdə iştirak etməyə çağırıb.
Bəyanatda qeyd olunub ki, kürdlər təqdim etdikləri namzədlərinə seçkilərdə uğur qazndırıb Məclisə göndərməklə Qərbi Azərbaycan Əyalətinə boş torpaq iddialarını əsaslandırıb gerçəkləşdirmək istəyirlər.
“Bu səbədən bütün azərbaycanlılar və milli aktivistlər Qərbi Azərbaycan Əyalətində xüsusilə də əyalətin Urmu, Sulduz, Daş Makı, Tikantəpə və sair şəhərlərində bütün vasitələrlə Azərbaycan türklərini öz namzədləri üçün seçkilərdə iştiraka təşviq etməli və bununla da İran hakimiyyətinin rasistləri və kürd terror təşkilatlarının planlarını pozmalıdırlar” Abbas Lisani deyib.
Aktivist Urmu şəhərində Azərbaycan milli hərəkatı aktivistlərinin “Birlik Səsi” adı ilə təqdim etdikləri siyahıda azərbaycanlı deputatlığa namzədləri dəstəklədiyini vurğulayıb.
O, bəyanatının sonunda Birlik Səsinin təqdim etdiyi siyahıda namzədlərin Qərbi Azərbaycanın indiki durumunda siyasi və şəxsi mahiyyətlərinin əhəmiyyət daşımadığını, onları dəstəkləmək üçün ancaq Güney Azərbaycan türk xalqına mənsub olmalarının yetərli olduğunu qeyd edib.