Azərbaycan milli hərəkatının fəalları rejimin təkdilli təhsil sisteminə etiraz olaraq Təbrizdə məktəblərin birində qız şagirdlərə türkcə kiablar paylayıblar.
Paylanan kitablarda türk dili dərsləri və ana dilində uşaq nağıllarından ibarət olub. Kitablar paylanan zaman fəallar uşaqlara və onların ailələrinə ana dili haqlarının və ana dilində təsilin önəmindən, bunun uşağın mental inkişafındakı mühüm payından bəhs ediblər.
Qeyd edək ki, İranda təhsil ilinin başlanğıcı hesab edilən oktyabrın 1-i tarixindən etibarən Azərbaycan milli hərəkatının fəalları Azərbaycan xalqının 100 ildən çoxdur tapdalanan dil haqqlarına etirazlarını bildirir və insanları bu haqda məlumatlandırırlar.