Avstriya parlamentinin üzvü Faika əl-Nəqqaşi Təbriz həbsxanasında saxlanılan tələbə hərəkatı fəalı Armita Pavirə zamin durmağa hazır olduğunu bildirib.
Bildirilib ki, avstriyalı millət vəkili fevralın 13-də Vyanada BMT-nin binası önündə hüquq müdafiəçilərinin etiraz aksiyalarına qatılaraq, güneyli siyasi məhbusların azadlığa buraxılmalarını istəyib.
Qeyd edək ki, 19 gündür aclıq aksiyası keçirən tələbə hərəkatı fəalı Armita Pavir son dəfə 21 sentyabr 2023-cü ildə saxlanılıb və 22 ay 17 gün azadlıqdan məhrum edilib.