2025-cü il iyunun 26-də kəşfiyyatçılar tərəfindən iş yerində həbs edilən şair, milli fəal, azərbaycanlı professor doktor Babək Əsədi 2 milyard tümənlik girov qarşılığında 27 iyunda Təbriz mərkəzi həbsxanasından azad edilib.
Məlumata görə, onun həbsindən bir gün əvvəl, Kəşfiyyat İdarəsinin qüvvələri heç bir order olmadan anasının iş yerinə və evinə daxil olub və bu yerlərdə hərtərəfli axtarış aparıblar.