Azərbaycanlı fəal Nasir Həşməti Qoşaçayda həbs edilib

by Samir Asadli

Azərbaycanlı fəal Nasir Həşməti 26 iyul 2025-ci il şənbə günü axşam saat 19:00 radələrində Qərbi Azərbaycan vilayətinin Qoşaçay şəhərində kəşfiyyatçılar tərəfindən həbs edilib.

Bu günə qədər mədəni fəalının həbsinin səbəbi və ya haraya köçürülməsi barədə məlumat yoxdur.

Qeyd edək ki, Nasir Həşməti bel diski xəstəliyindən əziyyət çəkir və ailə üzvləri onun səhhətindən narahatdırlar.

Xatırladaq ki, Nasir Həşməti daha əvvəl 2022-ci ilin iyulunda Qoşaçay şəhərində dörd digər azərbaycanlı fəalla birlikdə həbs edilib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK