Azərbaycanlı milli fəal Kazım Səfabəxş ittihamlardan bəraət aldı

by Samir Asadli

Tehranın 33-cü rayon prokurorluğu azərbaycanlı fəal və Tehranın Traxtur futbol komandasının fanklub liderlərindən biri olan Kazım Səfabəxşə qarşı “İran İslam Respublikası əleyhinə təbliğat” ittihamını rədd edərək ona bəraət verdi.

Qərarda deyilir: “Təqsirləndirilən şəxsin müdafiəsi ilə tam tanış olduqdan və Cinayət-Prosessual Məcəlləsinin 37-ci maddəsinə və həmin məcəllənin 4-cü və 265-ci maddələrinə edilən dəyişikliklərə istinad edərək, müstəntiq ona ittiham elan edilməsi üçün kifayət qədər sübut olmadığını bəyan edib. Cinayət-Prosessual Məcəllənin 92 və 267-ci maddələrinə əsasən, bu əmr prokurorun təsdiqi ilə verilib və qətidir. Etiraz olarsa, məsələ müvafiq məhkəməyə göndəriləcək”.

Qeyd edək ki, Kazım Səfabəxş digər üç azərbaycanlı fəalla birlikdə 2024-cü il iyulun 14-də Savalan zirvəsinə qalxarkən həbs edilmiş və bir neçə saatdan sonra sərbəst buraxılmışdılar.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK