Oktabrın 28-də polis və təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən Azərbaycan milli hərəkatının fəalı Yusuf Kari Şam Əsbidə yerləşən Ərdəbil zindanının müvəqqəti saxlanma məntəqəsinə köçürülüb.
Qeyd edək ki, bu azərbaycanlı fəal təhlükəsizlik qüvvələri tərəfindən həbs edildikdən sonra Ərdəbil şəhərinin 14-cü polis bölməsinə aparılıb polis əməkdaşları Rza Hüseynzadə və Əsgər Pənahinin tərəfindən döyülüb.
Əvvəllər təhlükəsizlik qurumlarının təzyiqi ilə iş və iqtisadi fəaliyyətinə qadağa qoyulan Yusuf Kari son bir neçə aydır alverçiliklə məşğul olub və ötən həftə polis və təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib