Azərbaycanlı uşağa “Öykü” adına görə sənəd verilmir

by Samir Asadli

Təbriz Vətəndaşlıq Dairəsi İdarəsi 73 gündür ki, azərbaycanlı ailənin Öykü adlı yeni doğulmuş körpəsinə doğum haqqında şəhadətnamə verməkdən imtina edərək, ailəni bir çox problemlərlə üz-üzə qoyub.

Bu barədə uşağın anası Balamın Adı kampaniyasına danışıb.

“Qızımız 2025-ci il avqustun 6-da dünyaya gəlib və biz onun üçün Öykü adını seçmişik. Ancaq Təbriz Vətəndaşlıq Dairəsi İdarəsi fərqli bəhanələrlə bu ada doğum haqqında şəhadətnamə verməkdən imtina edib. Bizim adı dəyişmək istəyimiz olmadığından idarənin qərarında məhkəmyə şikayət etməli olduq. Həyat yoldaşım vəkil olsa da və məhkəmə iclasında bütün qanuni müddəaları təqdim etsə də, təəssüf ki, hakim qanunsuz bəhanələrlə vəsatətimizi rədd etdi. Artıq 73 gündür ki, övladımızdoğum haqqında şəhadətnamə olmadan yaşayır və biz bir çox problemlərlə üzləşmişik.”

Qeyd edək ki, İranda mövcud qaydalara görə, doğum haqqında şəhadətnaməsi olmayan uşaqlar bir sıra imtiyazlardan, o cümlədən, peyvənd, süd tozu payından yararlana bilmirlər. Nəticədə ailələr bütün bu xərcləri öz ciblərindən qarşılamaq məcburiyyətində qalırlar. Bu da indiki sosial şəraitdə ailələri olduqca böyük çətinliklərə salır. Bundan başqa, bir çox hallarda xəstəxanalar da sənədi olmayan uşaqları qəbul etməkdən imtina edirlər. Beləliklə rejim bu məhdudlaşdırıcı təzyiq vasitələrindən istifadə edərək ana-ataları uşaqlarına türk olmayan adlar seçməyə yönləndirməyə çalışır.

 

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK