Azərbaycan dilində “Qolçaq” filmi möhtəşəm qarşılanıb

by Samir Asadli

Rəhmətlik rejissor Əsğər Yusifinijadın Azərbaycan türkcəsində “Qolçaq” filminin Təbriz şəhərindəki təqdimatı izdihamlı keçib.

Film martın 25-i Güney Azərbaycan Təbriz şəhəri Ulduz Yağışı anlamında olan “Sitarə Baran” kinoteatrında ekrana verilib.

Qeyd edək ki, İran hakimiyyətində Azərbaycan türklərinə qarşı cərəyanlar Qolçaq filminin Azərbaycan dilində olduğu barədə propaqandası nəticəsində filmi ekranına bir neçə il əvvəl qadağa qoyulmuşdur.

Azər Əncümən xəbər portalının məlumatına istinadən Əsğər Yusifinijadın Azərbaycan dilində ilk filmi Ev adında olub.

اصغر یوسفی نژاد درگذشت
Bildirək ki, güneyli ssenari müəllifi və rejisor Əsğər Yusifinijad 1969-cu il Təbriz şəhərində doğulub. 2022-ci ilin sentyabr ayında beyində qansızma və infarkt səbəbindən 52 yaşında dünyasını dəyişib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK