Güney Azərbaycanın Həmədan, Təbriz, Urmu, Ərdəbil, Ərak və Zəncan şəhərlərində Rabitə Nazirliyinin təqaüdə çıxmış işçiləri növbəti dəfə etiraz aksiyaları keçiriblər.
Rabitə Nazirliyinin yerli bölmələri qarşısına toplaşan təqaüdçülər bir neçə aydır ki, məvaciblərin ödəniləcəyi ilə bağlı verilən vədlərin özünü doğrultmadığını deyiblər.
Bununla yanaşı “Sepəh” və “Məskən şəhr” banklarının işçiləri də etiraz aksiyası keçirib, işçilərin tətilləri ilə bağlı yeni qanun layihəsindən narazılıqlarını bildiriblər.