Birləşmiş Millətlər Təşkilatının milli azlıqlar üzrə xüsusi məruzəçisi Fernand de Varennes güney azərbaycanlıların İrana təzyiq göstərmələri ilə bağlı tövsiyə verib.
O, bildirib ki, azərbaycanlılar hüquqlarının tələbi və ana dillərində təhsil hüququn əldə edilməsi üçün beynəlxalq toplantılara qatılmalı və İran hökumətinə təzyiq göstərməlidirlər.
“Onlar bu məsələni beynəlxalq forumlarda, o cümlədən Cenevrədə, məsələn, BMT-nin İnsan Haqları Şurasında və BMT-nin digər iclaslarında qaldırmalıdırlar. Onlar bu məsələni tələb etməyə davam etməlidirlər ki, beynəlxalq ictimaiyyət və BMT onların problemlərindən xəbərdar olsun”,- BMT nümayəndəsi qeyd edib.