Çağdaş ədəbiyyatımızın görkəmli nasiri

by Samir Asadli

Yusif Səmədoğlu – 90

Mədəniyyət Nazirliyinin və Yazıçılar Birliyinin təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, tanınmış ictimai xadim Yusif Səmədoğlunun 90 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında keçirilən yekun yubiley mərasimində Xalq yazıçısı Anar Yusif Səmədoğlunun milli ədəbiyyatımızı zənginləşdirmiş novator yaradıcılığı, ən görkəmli nasirlərindən biri olduğunu barədə söhbət açıb, dostluq xatirələrini söyləyib: “Tanrı Yusif Səmədoğluna elə böyük istedad bəxş etmişdi ki, o, qələmə aldıqlarından qat-qat artıq əsərlər yarada bilərdi. Lakin yazıçının vaxtsız vəfatı bu yaradıcılıq yolunu yarımçıq qoydu. Yusif Səmədoğlunun üzərində işlədiyi əsərlərdən biri də tamamlanmamış qalıb. Onun zəngin yaradıcılıq irsi gələcək nəsillər tərəfindən də daim yaşadılacaq”.

Mərasimin bədii hissəsində Yusif Səmədoğlunun indiyədək teatr səhnəsində göstərilməyən hekayə və nəsr nümunələri vahid kompozisiya şəklində tamaşaçılara təqdim edilib. Yazıçının müxtəlif əsərlərindən seçilmiş parçalar əsasında hazırlanan tamaşa onun yaradıcılığının dərin realizmini, modern üslubunu əks etdirib.

T.AYDINOĞLU

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK