Fevralın 6-ı axşam saatlarında təhlükəsizlik məmurları təbrizli milli fəal Baqir Hacızadəni həbs ediblər.
Bildirilib ki, məmurlar onun iş yerində qandallayaraq naməlum yerə aparıblar.
Hacızadnin həbsindən sonra təhlükəsizlik məmurları onun evin basqın edib, axtarış aparıb və ona məxsus bəzi əşyaları müsadirə edibıər.
Onun nədə ittiham edildiyi barədə məlumat verilməyib.
Qeyd edək ki, bununlada son iki gün ərzində Təbriz, Urmu, Ərdəbil, Rəşt və Binabda həbs edilən milli fəalların sayı 6-a çatıb.