Edama məhkum edilən azərbaycanlı tələbə Ehsan Fərididən xəbər yoxdur

by Samir Asadli

Edam cəzasına məhkum edilmiş 22 yaşlı azərbaycanlı tələbə Ehsan Fəridi 3 gün əvvəl həbsxanadan Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasına köçürülüb və onun vəziyyəti ilə bağlı məlumat yoxdur.

O, əvvəllər İnqilab Məhkəməsi tərəfindən “korrupsiya” ittihamı ilə ölüm cəzasına məhkum edilib və onun cəzası Ali Məhkəmə tərəfindən üç dəfə təsdiqlənib.

Bazar ertəsi, oktyabrın 20-da Ehsan Fəridinin anası Pərvin Həyati İnstaqram səhifəsində yazıb: “Oğlum Ehsandan üç gündür xəbər yoxdur. Uzun müddət araşdırmadan sonra öyrəndik ki, Ehsan Təbriz Kəşfiyyat İdarəsinə aparılıb”.

“Mənim ana ürəyim narahatdır. Bu məlumatsızlıq ailəyə qarşı aşkar ədalətsizlik və insan hüquqlarının kobud şəkildə pozulmasıdır.” – deyə Pərvin Həyati əlavə edib.

Qeyd edək ki, Pərvin Həyati xanım bundan öncə 14 oktyabrda video müraciət yayaraq oğlunun haqsız həbsinə etirazını bildirmişdi.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK