Ehsan Fəridi üzərindən 6 ay keçməsinə baxmayaraq, Təbriz həbsxanasında qalır

by Samir Asadli

Təbriz Texniki Kollecinin tələbəsi Ehsan Fəridi həbsindən altı ay keçməsinə baxmayaraq, hələ də Təbriz həbsxanasında qalmaqdadır.

Ehsan Fəridinin ailəsinə yaxın olan mənbələrin verdiyi məlumata görə dekabrın 11-də Təbriz İnqilab Məhkəməsində onun ittihamlarına dair ikinci məhkəmə iclası keçirilib. Məhkəmədə o, irəli sürülən ittihamlardan özünü müdafiə edib.

Cənab Fəridinin məhkəməsinin ilk iclası avqustun 3-də Təbriz İnqilab Məhkəməsində videokonfrans şəklində keçirilmişdi.

Qeyd edək ki, bu azərbaycanlı tələbə iyunun 24-da Təbriz prokurorluğuna getdikdən sonra həbs edilərək Təbriz zindanına köçürülüb.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK