Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində ekofəallar aksiya keçiriblər.
Məlumata görə, aksiyaçılar “Urmu gölü susuzdur” adı altında keçirdikləri aksiyada şəhərin müxtəlif bölgələrini məişət tullantılarından təmizləyiblər.
“Urmu gölü susuzdur!”; “Güney Azərbaycanın Urmu gölü ilə bağlı tələbi”; “Plastiklər qadağan edilsin!”; “Cənab Pezeşkian, ətraf mühit və mədəni irs üçün bir şey edin!”; “Uran mədəni ilə bağlı qərar verilməsi xalqın tələbidir!”,- banner və ekofəalların əllərindəki vərəqələrdə yazılıb.
“Yarpaq” Ətraf Mühit Təşkilatının təşəbbüsü ilə keçirilən aksiyanın məqsədi həm də əhalinin diqqətini Urmu gölünün acınacaqlı vəziyyətinə cəlb etmək olub.