Finlandiyanın İrandakı səfiri Umru gölünün dirçəldilməsi məqsədi ilə bu barədə araşdırmalar aparmağa hazır olduğunu bildirib.
“Urmu gölünün dirçəldilməsi bizi maraqlandıran məsələlərdən biridir. Bu barədə tədqiqat aparılmasında əməkdaşlıq etməyə hazırıq.
Gölün problemləri yalnız əyalətin və İranın milli problemi deyil, beynəlxalq səviyyədə də əhəmmiyət daşıyır.”-deyə səfir bildirib.
![]()
“Finlandiyanın su üzrə mütəxəssislərini Urmu gölünün dirçəldilməsi sahəsində aktivləşdirə bilərik.
İki ölkə arasında su məsələləri və tədqiqatı barədə əlaqələri gölün dirçəldiməsinə də təsirli ola bilər.” Finlandiyanın Tehrandakı səfiri Kahiluto əlavə edib.
Xartırladaq ki, Yaponiya da Urmu gölünün dirçəldilməsinə hazır olduğunu dəfələrlə bildirib və bununla bağlı büdcə ayıraraq İran hakimiyyətinə köçürüb.
Lakin İranın şovinist-dini hakimiyəti buna yol verməyib və ayrılmış vəsaitin hara xərcləndiyi bəlli deyil.
İran üzrə fars hegemonluğunu çökdürə bilən ən böyük güc Güny Azərbbaycan olduğuna görə bu bölgənin hərtərəfli, xüsusilə də, sosial-iqtisadi zəyiflədilməsi Tehranın daxili siyasətinin əsas hissəsini təşkil edir.