Firdovsi haqqında

by Samir Asadli

Əbilin gündəliyindən:

Birinci yazı

1 oktyabr 2006:. …Bu gün bir az “Şahnamə”ni davam etdirdim. Hər zaman Firdovsi türk düşməni olub deyə ona lənətlər yağdırdıq.Ancaq yanılmışıq.Haşa,mən demək istəmirəm ki,Firdovsi bizi sevib,yox.O,türklərə nifrət edib.Ancaq qəbul etmək lazımdır ki,bəzən əsərdəki nifrət belə oxucuya həmin şeyi sevdirə bilər.Bəli,Firdovsi özü də istəmədən,bəlkə türkləri öyüb,vəsf edib.Çoxları buninla razılaşmaya bilər.Hər kəsin hürr fikri var…Peyğəmbərimizin mübarək məktubunu yırtan (necə ki,Rəbbim onun dövlətinin sütunlarını dağıdıb İslamı orada bərqərar etdi) Kisranın nəslini vəsf edən Firdovsi ən azından siyərə göz atmağıma imkan verdi.
Firdovsi bir kərə fars idi və təbii,türkləri,turançılığı deyil,farsı öyəcəkdi.Ancaq oxuduğum 178-ci səhifəyə qədər məncə Firdovsi türkü nə qədər alçaltmaq istəsə də onu bir o qədər yüksəldir.Ən azından ona görə ki,əsərdə İran dövləti dünyanın ağası və qorxunc divlərlə savaşıb qalib gələn bir imperiya kimi verilir.Hətta indinin özündə belə ABŞ-ın tam yiyələnə bilmədiyi,köləlik nədir bilməyən hürr əfqan xalqı belə İranın tabeçiliyində verilir.Ancaq bu dünya imperiyası ilə çarpışmağa özündə kifayət qədər güc görən və İran şahını əsir edib,şahlığı ələ keçirən Turanı “Şahnamə” sahibi məncə bundan artıq öyə bilməzdi.Burası doğrudur,Firdovsi bilsəydi ki,onun nifrətindən mən belə nəticə çıxaracağam,hər halda,başqa bir variant fikirləşib tapardı.Ancaq biz türklər ki,varıq,o zaman ona da çarə tapacaqdıq.
Sonra da qalxıb Firdovsini türk düşməni deyə lənətləyirik.Ancaq unuduruq ki,hər nəyə baxırsan bax,bir də onun o biri üzünün oldugunu fikirləş.Necə ki, “Şahnamə” mövzularına toxunan Əli bəy Hüseynzadə və Məhəmməd Əmin Rəsulzadə bizim baxa bilmədiyimiz tərəfdən baxmışlar. “Şahnamə” əgər həqiqətən bu qədər zərərli olsaydı,hər halda onlar bizdən daha yaxşı bilərdilər.Daha bu mövzuya toxunub,Azərbaycan Cümhuriyyəri dövründə əhaliyə türkcülüyü bu əsərlə sevdirməzdilər.
Bir də Peyğəmbər əfəndimizin iki hədisinə toxunacağam: “Əməllər niyyətlərə görədir”.Yəni əsas olan niyyətdir.Əməl olmasa da olar.Bu kişilər iş görmüşlər.Biz isə “Şahnamə” ni oxumadan zərərlidir deyib “Dünya klassikləri” sırasına qoymuşuq öz kitab rəfimizdə.
Digər hədis: “Necə yaşayırsan,elə də ölürsən”.Firdovsi yoxsulluq içində yaşadı,türk sultanının göndərdiyi qızılları onu cənazəsi “qarşıladı”. Dünyada əsas olan özündən sonra bir əsər qoymaqdır.Pul,sərvət heçdir.Həmin qəzılların taleyi indi bəlli deyil. “Şahnamə” isə mənim stolumun üstündədir.

İkinci yazı

2 oktyabr 2006: Bu gün də Firdovsini davam etdirdim.Firdovsi İranlıları öysə də ancaq,elə Türklə bağlı bəhsdə bir az gerçəkli davranıb.Türk xaqanı sülh bağlayıb Ceyhunun o biri tərəfinə keçəndə bu səfər İran şahı başına bəla açıb Mazandarana divlə vuruşa gedir.
Elə yaxşı ki,Turan var,yoxsa İran elə cəfəngiyyatla vuruşacaq.Qondarma pəhləvanlar yaratmaq üçün Firdovsi təxəyyülü olduqca vacibdir İranlılar üçün…

Üçüncü yazı

3 oktyabr.2006: “Şahnamə”ni yenə davam etdirdim.Artıq Rüstəmin oğlu Söhrab İrana yürüşə başlayıb.İran şahları amma da qanıçən imişlər. Özləri axıtmadıqları dinc əhali qanı qalmayıb.Bir də Əfrasayabı qaniçən adlandırır.Ümumiyyətlə, Firdovsi Turan-İran məsələsində çox mübaliğəyə yol verir.7 İran pəhləvanının Turana keçib 30 minlik Əfrasıyab ordusuna qalib gəlməyi yuxu gerçəyinə belə sığmır.Ancaq burda da Firdovsini başa düşmək olar.Min illik İran tarixini yazmaqla 27 şahın adının çəkildiyi “Şahnamə”də hadisələr sürətlə cərəyan edib,tez də bitməliydi.Yoxsa əsəri bitirməyə Firdovsinin deyil,heç İran dilinin də qüvvəsi çatmazdı.Min illər boyu heç məğlubiyyət görməyən İran nə oldu Firdovsinin dövründə kiçik bir Səlcuqlu dövlərinin tərkibində oldu. Və türk şahı əsər yazmağı “məgrur iranlı” Firdovsiyə əmr etdi.Və Firdovsidən də 800 il sonra İran,türk hökmdarlarının iradəsi altında oldu.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK