Gilanda “Traxtur” oynçularına hücum

by Samir Asadli

Dekabrın 25-i günortadan sonra 13-cü tur çərçivəsində Güney Azərbaycan təmsilçisi “Traxtur” komandası Gilan əyalətinin “Mələvan” komandası ilə növbəti görüşünü keçirib.

Ənzəli şəhərində gərgin şəraitdə keçirilən qarşılaşma 0-0 hesabı ilə başa çatıb.

Bununla da,”Traxtur” turnir cədvəlində 3-cü yerdə qərarlaşıb.

Oyun vaxtı “Mələvan” komandasının tərəfdarları “Traxtur” oyunçularını davamlı təhqir edib, onlara butulka və başqa yad cisimlər atıb, lazer işığı salaraq oynamalarına problem yaradıblar.

Bununla bağlı “Traxtur” klubunun baş direktoru Huşəng Nəsirzadə oyun nəzarətçilərinə və İran Futbol Federasiyasına şikayət məktubu göndərib.

Qeyd edək ki, son həftələr “Traxtur” komandasının turnir cədvəlində irəliləməsindən sonra Azərbaycan təmsilçisinə qarşı hücumlar artıb.

İran mediasında “Traxtur” komandasının ispaniyalı baş məşqçisi Pako Xomez hədəf alınıb.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK