Ərdəbil əyalətinin Germi mahalında baş verən təbii fəlakət evlərə, təsərrüfatlara ciddi ziyan vurub.
Fərmandar deyib ki, sel nəticəsində 105 ev tamamilə dağılıb.
633 ev isə ciddi xəsarət aldığı üçün yenidən qurulmalıdır.
Qeyd edək ki, iyunun 14-ü axşam saatlarında güclü yağışdan sonra baş verən sel Germi və Biləsuvar bölgələrində insan tələfatına yol açıb.
7 nəfərin öldüyü bildirilir.