Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-piblisist Rafael Tağızadənin müxtəlif vaxtlarda qələmə aldığı şeirlərini təqdim edirik.
Ömür
İllərə bölünən ömrü
zaman əqrəbləri ilə döyür
saatbasaat…
Gün aydan pay umur,
il fəsillərə hamilə,
ömür illər əsiri,
illər ömür səhifəsi.
Ötür-ötürdü,
sayıb təhvil verir
yaşayıb gedənləri.
Biz qələmlə yazıldıq
siyahının ayağına…
***
Gül qadın
Ləçəklər açılıb-yığılan,
büzülən dodaqların,
qamətin, duruşun
axşamı, səhəri göstərər,
üzündəki şeh
sevinci, kədəri bildirər.
Meh rəqs etdirər səni,
vals çalınar, vals-
gül qadın.
Əyilər qarşında əyilməyənlər.
Kiminə ətrini verərsən,
kiminə özünü bəxş edərsən,
ən dəyərli hədiyyə, sən-
gül qadın.
Baxışlar soldurar, açar səni,
bəzən üşüdər bir naçar səni,
solmaz, al yanaqların qar altında
qışı yaza döndərərsən,
sevərsən, sevdirərsən,
dünyamı özünə döndərərsən-
gül qadın.
Məst olan gecənin qaranlığı
alışar baxışında, işığında,
əriyər… əriyər… səhərə kimi,
yanağında kədərli gecənin göz yaşları,
sinəndə ruhumun qığılcımları-
gül qadın.
Əllərim, qollarım qucaqlar səni,
titrədər məni belinin, barmaqlarının
həyəcan notları,
ləçəklərin üzümə, dodaqlarıma,
bədənin bədənimə toxunar,
sonra…, sonra…
rahatlığın sakitliyi
məni xoşbəxtliyin qucağında yatırar-
gül qadın.
Sevinc qat dünyaya,
sevindir dünyamı,
gül, qadın.
Gül qadın.
***
Gözlərində bir röya
Əllərində bir dəniz,
gözlərində bir röya,
yanağın bir ay kimi
işıq salır gözümə,
barmaqlarım dalğatək
telində dalğalanır,
saçının həzin mehi
üzümdə sığallanır,
mənə dikilən baxış
tökülür üz-gözümə
mehriban xəyal kimi,
durub baxıram sənə
dili donmuş lal kimi,
bir ömürlük arzular
damla-damla süzülür
o qönçə dodaqlardan
ürəyimə bal kimi
necə də gözəl həyat,
sığın bu sinəmə, yat.
***
dоğum günü
nеçə ildi аd günümüzdə
аnаsız doğuluruq biz
bu hаmilə dünyаdа.
bu səhər yеnidən dоğuldum
аğrılаr, sеvinclər sаvаşındа.
fеvrаl sоyuq,
həyаt sоyuq…
аrzulаr оyuq-оyuq.
nə vахtdı
dоğum günümü özüm kеçirirəm,
yаdınа düşənlər, düşməyənlər vаr.
аtаm kеçirəndə
аd günümə hаmı gələrdi,
sеvinərdi, gülərdi…
bu gün məni ilk təbrik еdən
əsgər оğlum оldu
səhər səkkizin yаrısındа.
mən isti еvdə,
оğlumun üzünü sаzаq kəsir sərhəddə…
məni təzədən dünyаyа gətirərdinmi аnа,
sоyuq fеvrаl аyındа?
2006