Güney Azərbaycanda Sarı maralın nəsli tükənir

by Samir Asadli

Urmu gölü bölgəsi və adalarında yaşayan nadir Sarı maralın nəsli tükənmək üzrdədir.

Bu haqda yerli media məlumat yayıb.

Qərbi Azərbaycan Ətraf mühitin Mühafizəsi İdarəsinin başçısı Höccət Cabbarı hazırda bölgədə yalnız 18 baş Sarı maralın olduğunu bildirib.

Onun sözlərinə görə, həmin marallar cəmi 6 hektar sahəsi olan Rəşkan qoruq bölgəsində saxlanılır.

Qeyd edək ki, bir neçə il əvvələ kimi Urmu gölü ətrafı və gldəki adalarda Sarı maralların sayı minlərlə idi.

Gölün quruması nəticəsində maralların sayı getdikcə azalaraq 2023-cü ildə 60-a, bu il isə 18-ə düşüb.

Bununla yanaşı maralların nəslinin tükənməsinin qarşısını almaq üçün 2023-cü ildə 60 baş Sarı maral Kirman əyalətinə köçürülsə də, layihə uğursuzluqla nəticələnib və iqlim fərqi səbəbindən onların çoxu həlak olub.

Urmu gölü ətrafında və gölün adalarında yaşayan maralların nəslinin tükənməsinin əsas amili Urmu gölünün quruması nəticəsində bitki örtüyünün azalması ilə yanaşı adaların quru ilə birləşməsidir.

Bu, nadir heyvan növlərinin adalardan çıxaraq ətraf bataqlıqlarda məhv olmasına səbəb olur.

Bununla yanaşı yırtıcı heyvanlar bölgəyə girərək sarı maralları ovlayaraq ekosistemin kəskin dəyişməsinə səbəb olurlar.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK