Kərəcin Keçui həbsxanasında 6 aylıq cəza çəkən Güney Azərbaycanın milli fəalı Ovçu Məhəmmədian həbs müddətinin üçdə birini başa vurmasına baxmayaraq məzuniyyət haqqından məhrum edilir.
Qeyd edək ki, Ovçu Məhəmmədian sivil fəaliyyətinə və İranda türk xalqlarına qarşı dil və mədəni ayrı-seçkiliyə etiraz etdiyinə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən təzyiq və təhdidlərə məruz qalıb.