Güney Azərbaycan əsilli siyasi fəal Mürtəza Həqir İntizar son 15 gündür ki, təhlükəsizlik orqanlarının nəzarətindədir və onun taleyi ilə bağlı heç bir məlumat yoxdur.
Siyasi fəalın yaxınlarının verdiyi məlumata görə, o, həbs olunduqdan sonra naməlum yerə aparılıb və o vaxtdan bəri ailəsi ilə əlaqə saxlanılmayıb və onun fiziki və hüquqi vəziyyəti ilə bağlı məlumat verilməyib.
Ailəsinin bildirdiyinə görə, onlar dəfələtlə məsul qurumlara sorğu göndərsələr də onların müraciətləri cavabsız qalıb.
Bu durum adam qaçırmanın bariz nümunəsidir və İran hökumətinin məhbusların və onların ailələrinin hüquqlarına dair insan haqları öhdəliklərinin kobud şəkildə pozulmasıdır.