Səid Camalzadə Təbriz şəhərində məmurlar tərəfindən atası evindən götürülüb təhlükəsizlik idarəsinə aparılıb.
Onun hansı ittiham və səbəblərə görə saxlanılması barədə məlumat yoxdur.

Son günlər Güney Azərbaycan aktivistlərinə qarşı yeni basqı dalğasının başladığı görünür. Belə ki, digər fəallar Mürtəza Pərvin, Vədud Əsədi, Salar Tahir Əfşar, Bağır Hacızadə, Ayaz Seyfxah, Səid Minai və Kamal Nuri bir neçə gün öncə Ərdəbil, Rəşt, Urmu, Təbriz və Tehran rayonu İslamşəhr şəhərində saxlanılıblar.
Onların ailələrinin bildirdiyinə görə aktivistlər saxlanılan zaman döyülüb, söyşlərə məruz qalıblar.