Pərəstu Fəridi təzminat kimi 1 milyar 2 yüz milyon tümənlik mülk sənədi qoyuluşu ilə ona qarşı açılmış işin tədqiqatı bitirilənədək müvəqqəti səbəst buraxılıb.
Qeyd edək ki, Təbriz sakini 20 yaşlı Pərəstu noyabrın 4-ü təhlükəsizlik məmurları tərəfindən atası evində saxlanılmışdı.
Məmurlar onu saxlayan zaman şəxsi ləvazimatlarını, o cümldən, mobil telefonunu, notbuk və flaş kartını götürüblər.