27 dekabr Güney Azərbaycanın tanınmış simalarından olan milli-mədəni və siyasi fəal Çingiz Bəxtavərin anım günüdür.
O, xüsusən 2006-cı il 22 may hərəkatından sonra azərbaycanlıların hüquqlarının təmin olunması üçün kollektiv və təşkilatı fəaliyyətlərin zəruriliyini bildirirdi.
Kollektiv və təşkilatlanmış hərəkatlardan qorxan Tehran rejiminin təhlükəsizlik əməkdaşları buna görə fəalı bir neçə dəfə ölümlə təhdid etmişdilər.
O, azərbaycanlıların hüquqları uğrunda apardığı uzun illik mübarizəyə görə, bir neçə dəfə həbs edilib. davamlı təzyiqlərə məruz qalıb.
Bir çox fəallar və hüquq müdafiəçiləri Çingiz Bəxtavərin ölümünü şübhəli hesab edib, bunun fəala qarşı sui-qəsd olduğunu buldiriblər.
Bununla bağlı müxtəlif beynəlxalq təşkilatlara müraciətlər edilib, məsələnin araşdırılması istənilib.