İordaniyada keçirilən Asiya çempionatında güneyli idmançlı Əbülfəzl Çobani böyük uğur qazanıb.
Şərqi Azərbaycan İdman və Gənclər Baş İdarəsinin yaydığı məlumata görə, o, final görüşündə qazaxıstanlı Nurasil Amanlıya 9:0 hesabı ilə qalib gələrək Asiya çempionu olub.
Nurasil Amanlı ikinci, özbəkistanlı Abdulla Əbdül Mütəlib və qırğızıstanlı Jeniş Jumabkov isə birlikdə üçüncü olublar.