Güney Azərbaycanın Ərdəbil şəhərindən olan yazıçı, şair, jurnalist və mədəni fəal Mujqan Siyami ərdəbili aprelin 6-da dünyasını dəyişib.
İlk, orta və ali təhsilini doğma şəhərində alan xanım fəal, mədəni fəaliyyətləri ilə yanaşı Ərdəbil məktəblərində ədəbiyyat müəllimi kimi çalışıb.
O, İranda Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi üçün fəaliyyət göstərən az saylı xanım fəallardan olub.
Xanım yazıçı “Son seans”, “Ərdəbilnamə”, “Yaşamadım qusdum” kimi şeir və hekayələr, habelə fars dilində bir neçə kitabın müəllifidir.
Bununla yanaşı o, bir çox roman, hekayə və ədəbi-tarixi əsərləri fars dilindən Azərbaycan dilinə tərcümə edib.
Onun tərcümə etdiyi əsərlər arasında İbrahim Darabinin “Savalanın göz yaşları” və Məhəmmədrza Bayraminin “Yaşıl bağın ölüləri” daha məşhurdur.
M.S.Ərdəbili dövri mətbuatda müxtəlif məzmunlu yazıları ilə çıxış etməklə yanaşı, siyasi, ictimai-mədənisahədə də fəaliyyət göstərib və qadınların hüquqlarının müdafiəsi ilə məşğul olub.
Dinc fəaliyyətlərinə görə həbs edilən xanı jurnalistin iki dəfə həyatına sui-qəsd olub, uzun müddət həbsdə qalıb.
O, 2017-ci ildə dini siyasətdən ayıracağı şüarı ilə İranda prezident seçkilərinə namizədliyini irəli sürdükdən sonra təhlükəsizlik qüvvələrinin hədəfinə çevrilib.