Tehranın Evin həbsxanasında saxlanılan Nobel sülh mükafatı laureatı və insan haqları müdafiəçisi Nərgiz Məhəmmədi barəsində yeni həbs qərarı çıxarılıb.
Məlumata görə, siyasi məhbus yenidən 15 ay həbs, həbsdən sonra 2 il sürgün cəzasına məhkum edilib, 2 il müddətinə ağıllı telefondan istifadə etməsinə və qruplara üzv olmasına qadağa qoyulub.
Bu, son iki il ərzində Nərgiz Məhəmmədiyə qarşı çıxarılan 5-ci cəza qərarıdır.
Qeyd edək ki, Güney Azərbaycanın Zəncan şəhərində doğulan Nərgiz Məhəmmədi bundan əvvəlki qərara görə, 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.