Güney Azərbaycanın Ərdəbil şəhərindən olan sosial media fəalı həbs edilib.
Məlumatda saxlanılan şəxsin kimliyi barədə açıqlama verilməyib.
Onun xaricdə fəaliyyət göstərən miliyyətçi qruplardan birinin sosial media hesabının admini olduğu iddia olunub.
Saxlanılan şəxsin “insanları iğtişaşlara sövq etmək”, “peyqəmbəri və müqəddəsləri, həmçinin hökumət məsullarını təhqir etmək”də günahlandırıldığı bildirilib.