Tehranda azərbaycanlı müəllim işdən çıxarılıb.
O, bu barədə özünün sosial media hesabında paylaşım edib.
Qeyd edək ki, azərbaycanlı müəllim sosiologiya professoru və Tehranın Şəhid Beheşti Universitetinin İctimai Elmlər Bölməsinin müəllim heyətinin üzvüdür.
Qeyd edək ki, narazı müəllimlərin cəzalandırılması və işdən qovulması ilə bağlı yayılan son hesabata görə, 2006-cı ildən bu günə kimi yüzlərlə müəllim dünyəvi görüşlərinə görə işdən qovulub.
Xüsusilə, 2022-ci ilin sentyabr ayından başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən onlarla müəllim barədə “hökumətə qarşı təbliğat” ittihamı irəli sürülüb.