Təbrizin yaxınlığındakı Səhənd şəhərindən olan 17 yaşlı Vəhid Əsgəri harada saxlanıldığı və vəziyyəti barədə ailəsinə məlumat verilmir.
Bu barədə onun yaxınları məlumat yayıb.
Bildirilib ki, əlaqədar qurumlar təhlükəsizlik məmurlarının martın 6-da həbs etdiyi Vəhid Əsgərinin həbs səbəbi və ittihamı barədə məlumat verməkdən imtina edir.
Qeyd edək ki, təbrizli gənc həbs edildikdən sonra evlərində axtarış aparılıb, ona məxsus telefon və komputer müsadirə edilib.