Hamid Qaraoğlaninin həbs cəzası təxirə salındı 2025.11.22, 11:49

by Samir Asadli

13 il həbs cəzasına məhkum edilən və Urmu həbsxanasında saxlanılan siyasi məhbus Hamid Qaraoğlaninin həbs cəzası təxirə salınıb.

Bununla bağlı onun yaxınları məlumat yayıb.

Məlumata görə, həbs cəzası dondurulan Qaraoğlani noyabrın 21-də Urmiya həbsxanasından sərbəst buraxılıb.

Bu, onun, ailəsinin və vəkillərinin barəsində irəli sürülən ittihamların əsassızlığı və işinə yenidən baxılması ilə bağlı beynəlxalq insan haqları təşkilatlarına, İran məhkəmə sistemnə və ölkə rəhbərliyinə onlar dəfə müraciət məktubu yazmaqlarından sonra baş verib.

Qeyd edək ki, Hamid Qaraoğlani 27 iyun 2020-cı ildə saxlanılıb, 28 sentyabr 2020-cı ildə Urmu İnqilab Məhkəməsinin 2 saylı bölməsində mühakimə olunub.

O, “Amerika, və İsrailə casusluqda”, “xarici KİV-lərlə əlaqə”də, “rəhbəri təhqir etmək”də, “Qasım Süleymaninin şəklini cırmaq”da günahlandırılıb.

Azərbaycanlı məhbusun barəsində çıxarılan edam qərarı sonradan 13 il həbs cəzasına dəyişdirilib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK