İlahi Gücün 28 mayın sehri

by Samir Asadli

Dünyada elə dövlətlər var ki, tarix onu yaradır. Məsəl üçün Makedoniya, Moğol dövləti, Yunanıstan, indiki Rusiya, Almaniya, Fransa, Amerika, Britaniya və sairələr. Bu dövlətlərə cəmi bir dəfə böyük imperiya olmaq şansı verən İlahi Güc zamanla onları tarixin səhifələrindən silir. Bu dünyada yaranış olan İşıqdan sonluq olan Qaranlıq dövrə qədər heç bir xalqa öz torpaqlarında böyük dövlətləri ikinci səfər qurmaq imkanı yaradılmır. Onlar öz missiyasını yerinə yetirir və sonradan kiçik bir formada sakit, zərərsiz və gücsüz halda həyatını davam edir, bəziləri isə tamamilə yox olur. Biz nə imperiyalar, nə xalqlar gördük tarixin səhifələrində. Zaman indi güc olanları da tarixin tozlu rəflərinə qoyacaq. Ancaq dünyada bir xalq var. Bir coğrafiya var. İlahi Gücün sevərək yaratdığı bir torpaq var. Bu AZƏRBAYCANdı

Antik dövrdən müasir dövrə qədər müxtəlif adlarla tarixin səhifələrində qeyd edilməsinə baxmayaraq formalaşa formalaşa Azərbaycan adını tamamlayan bu coğrafiyada qədim xalqlar onlarla dövlətlər yaradıblar. Əlbətdə etnik tərkibin antik dövrdə tam müəyyən edilməsi çətinliklə olsa da Qobustan, Gəmiqaya, İçərişəhər bu xalqın etogenizində Türk imzasının üstünlük təşkil etdiyini sübut edir. Damğalar, Simgələr, Petroqiliflər və sairələr Türk kimliyini təsdiq etməyə imkan yaradır. Əlbətdə vacib olan etnik kimlikdən çox COĞRAFİYADIR. Bu isə Azərbaycandır!!
Və bu coğrafiyada tarixin bütün dövrlərində dövlətlərin olmasını görə bilərik. Tarix antik dövrdən 1918-ci ilə qədər dövlətlərin adını və formatını son olaraq Azərbaycan Cümhuriyyəti adı ilə sonlaşdırıb. Bir sözlə 1918-ci ilin 28 mayına gələn yol tarixi dövlətçilk ənənələrindən bizə miras kimi gəlib.
Təsəvvür edin neft və milyonlar səltənətində aydınlar DİFAİ ilə başlanan yolun sonunda dişlərini torpaqlarımıza qıcıyan güclərə qarşı sipər çəkib Dövlətçilik tariximizi Azərbaycan Cümhuriyyəti adı ilə möhürün qoydular. Britaniya təsirində olan farslaşmaqda olan Qacar dövləti, Rusiya, Amerika, Britaniya, Almaniya, Fransa, İtaliya kimi dövlətlər ölkəmizin sərvətlərini ələ keçirmək üçün bir birləri ilə apardıqları mübarizədə bir ortaq nöqtələri var idi- Azərbaycan dövləti yaradılmasın !!

Lakin Rəsulzadə, Xoyski, Yusifbəylİ, Şeyxzamanlı, Topçubaşı, Üzeyir bəy Hacıbəyli, Əhməd bəy Ağağolu və sairələr bir sipər qurdular və bu sipərin içində Azərbaycan yaratdılar.
Bayrağımız tarixən mövcud olmuş dövlətlərimizin hər birindən bir rəng aldı. Səfəvilər, Səlcuqlar, Xəzərlər, Hürrəmilər, Xanlıqlar, Albaniya və digərlərinin bayraqlarından rənglərlə bəzənən Ay Ulduzlu üç rəngli bayrağımız dünyaya gəldi.
Gerbimizdə də bu elementlər öz əksini tapdı.

Cəmi 23 ay.

Bu 23 ay ərzində dünya siyasi xəritəsində demokratik dəyərlər əsasında fəaliyyət göstərən üçüncü dövlət olan Azərbaycanın modern dövlətçilik sistemi cəmi Amerika və Fransada var idi. Dövlətimizin nə qədər düşməni var idi İlahi. Ağır şərtlər qoyurdular. İrəvanı müvəqqəti ver, Gürcüstana güzəştə get, Rusiyaya güzəştə get səni tanıyaq. Məcburi güzəştlər olsa da dünya Azərbaycan Cümhuriyyətinin varlığını qəbul etdi. Nələr olmadı nələr 23 ayda. Universitet yaradıldı, təhsildə inkişaf oldu, mədəniyyətdə inkişaf oldu, mətbuat azadlıq əldə etdi, insanlar azadlıq əldə etdi, qadınlar azadlıq əldə etdi, korrupsiya yox oldu, incəsənət inkişaf etdi, 45 minlik güclü ordu yaradıldı, vergi və gömrük sistemi quruldu, iqtisadi əlaqələr, beynəlxalq münasibətlər inkişaf etdirildi və daha nələr edilmədi…
Ancaq ərazi məsələsi ən önəmli siyasət idi…
Cümhuriyyət dövründə dövlətin ərazi siyasəti ilə bağlı qarşısında duran beş əsas məsələ var idi:
1) Naxçıvanın Azərbaycan Cümhuriyyətinə birləşdirmək və Amerikanın oranın ermənilərə verməsi planın pozmaq (buna nail olundu)
2) Borçalıdan kütləvi şəklidə gələn və əhalinin Azərbaycan Cümhuriyyətinin ərazi vahidi olması ilə bağı məktublara cavab olaraq addımlar atmaq (reallaşmadı)
3) Dərbəndin Azərbaycan Cümhuriyyəti torpaqlarına birləşdirmək (reallaşmadı, baxmayaraq ki, 60 faiz iş aparılmışdı)
4) İrəvanın Azərbaycana geri qaytarmaq.( Naxçıvandakı Amerika konsulunun sayəsində alınmadı, arada Zəngəzurdan qoşunlarımız çıxarıldı)
5) İranda yaşayan Şahsevən tayfası ilə razılaşdırılmış müqavilə əsasında başlanacaq üsyan nəticəsində Təbrizə qədər ərazinin Azərbaycan Cümhuriyyətinə birləşdirmək (rus bolşeviklərin iran rejiminə verdiyi dəstək nəticəsində şahvsevən tayfası atılıarı quldur elan edildilər və plan baş tutmadı)

23 ayda bu planları Amerika, Rusiya, Fransa, Almaniya, İtaliya kimi dövlətlər pozdu…Çünki Şərqdə güclü Azərbaycan dövləti Amerika və Fransadan daha demokratik dövlət olmaqda davam edirdi…
Dövlətin gəlirləri artıqca, siyasi kursu gücləndikcə, torpaqlar azad edildikcə düşmən daha da qanlı planlar qururdu….

Nəhayət o məhşər gününün planı işə düşdü. İşğalçı Rusiya qırmızı iblis formasında torpaqlarımızı işğal elədi…Lakin bu işğal onlara çoxsaylı itkilərlə başa gəldi…
Gəncə, Quba, Xaçmaz, Şirvan, Qazax, Naxçıvan mübarizə apardı son gülləsinə qədər…torpağın hər qarşında bir şəhidin qanı oldu…
Amma bitmədi…

Mühacirətdə davam etdi …
İkinci dünya müharibəsi dövründə davam etdi
Sovetlər dövründə davam etdi və nəhayət 1991-ci ildə yenidən üç rəngli Bayraq öz yerini səmalarda tutdu..
2020-ci ildən isə xəyallar gerçək oldu. .
Tarixi qəhrəman babalarımızın ruhu ordumuzun hər bir əsgərinin formasında zühur edib bütün ərazilərimizi bərpa etdi.
Düşmənlər İlahi Gücün yenidən Azərbaycan sevgisini görüb nə qədər çapalasalar da Dövlətimiz ayaq üstə möhkəm dayanaraq Qalib olduğunu göstərdi…

Əziz Azərbaycan
Əziz Azərbaycanda yaşayan Xalqlar
28 May Dövlətçilik günümüz, Müstəqillik günümüz, Respublika günümüz mübarək…

Babalarımızın xəyal etdiyi AZƏRBAYCAN artıq tarixin sonuna qədər güclü olaraq qalacaq…

Şah babam demişkən

Yer yox ikən, gög yox ikən

Azərbaycan var idi və var olacaq….

Zaur Aliyev , dosent

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK